TƏBİB sədri Əməkdar həkimi işdən çıxardı
    • 30-03-2024, 13:16
    • 299

TƏBİB sədri Əməkdar həkimi işdən çıxardı

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktor müavini Əməkdar həkim Mahir Babayev yaş senzinə görə işdən çıxarılıb.

News24.az-ın Bakupost.az –a istinadən məlumatına görə, bununla bağlı TƏBİB sədri Vüqar Qurbanov əmr imzalayıb.

Onun yerinə həkim Samir Aslanbəyli təyin olunub.

Qeyd edək ki, 68 yaşlı Mahir Babayev 1989-cu ildən bu tibb müəssisəsində çalışırdı.

2007-ci ildən direktor müavini kimi fəaliyyətini davam etdirib. 2017-ci ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb.