Tanınmış aktyor ürəktutmadan ÖLDÜ
    • 30-03-2024, 13:43
    • 334

Tanınmış aktyor ürəktutmadan ÖLDÜ

Hindistanlı aktyor Daniel Balaji Çennai ürəktutmadan vəfat edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, tanınmış aktyor 48 yaşında dünyasını dəyişib.

Cənubi Hindistandan olan aktyorun gecə saatlarında döş qəfəsində ağrılar olduğu üçün xüsusi xəstəxanaya aparıldığı və infarkt keçirdiyi məlum olub. Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, Çennaini xilas etmək mümkün olmayıb.

O, Purasaivakkamda dəfn olunacaq.