Xizək kurortunda qorxu dolu anlar
    • 30-03-2024, 21:57
    • 126

Xizək kurortunda qorxu dolu anlar

İtaliyada güclü fırtına zamanı xizək kurortunda lift uçaraq uçub dağılarkən bəzi sərnişinlər qapalı qalıb. 

News24.az xəbər verir ki, İtaliyanın Valle d'Aosta bölgəsindəki Breuil-Cervinia xizək kurortunu şiddətli fırtına vurub. Sürəti saatda 100 kilometrə çatan tufan səbəbindən liftdə qorxulu anlar yaşanıb.

Ziyarətçilər tərəfindən xizək kurortunda çəkilən görüntülərdə şiddətli fırtınada liftin uçduğu və bəzi sərnişinlərin qapalı vəziyyətdə qaldığı görülüb.

Xizək kurortunun rəhbərliyi verdiyi açıqlamada qapalı vəziyyətdə qalan sərnişinlərin qısa müddətdən sonra xilas edildiyi və xəsarət alan olmadığı bildirilib.

Fırtına səbəbindən liftin bağlandığı və qapalı qalan xizəkçilərin yuxarı stansiyaya gedən son xizəkçi olduğu bildirilib.

Günel Məlikzadə