Paşinyan özünü İsa Məsihə bənzətdi
    • 31-03-2024, 14:25
    • 152

Paşinyan özünü İsa Məsihə bənzətdi


“Münasibətlərimizi müəyyən mənada düzəltməyə çalışırıq. İsa Məsihin verdiyi mesajda da deyilir: “Sülhməramlılar nə bəxtiyardırlar, çünki onlar Allahın övladları adlanacaqlar”.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan qeyd edib.

O, Ermənistan müxalifətini nəzərdə tutaraq “Bizim sülh istəyimizə və sülh proqramımıza görə onlar bizi təhqir edir, yalanlar danışırlar” deyib.

Paşinyan bir daha Qazaxa bitişik 4 kəndə iddiası olmadığını vurğulayıb.