Məktəbdə atışma: 3 uşaq yaralandı
    • 2-04-2024, 14:18
    • 674

Məktəbdə atışma: 3 uşaq yaralandı

Finlandiyanın Vantaa şəhərindəki Viertola məktəbində atışma baş verib.

News24.az xəbər verir ki, bu barədə Finlandiya polis məlumat yayıb.

“Məktəbdə atışma nəticəsində 3 uşaq yaralanıb. Şübhəli şəxs də azyaşlıdır”, – məlumatda qeyd edilib.

Polisin məlumatına görə, hadisədə iştirak edənlərin hamısı 13 yaşlı uşaqlardır.

Şahidlərdən ərazidən uzaq durmaları xahiş olunub. Saxlanılan şübhəli şəxsin azyaşlı olduğu barədə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə