Mirzə Mirzəyev Baş İdarə rəisi təyin edildi
    • 2-04-2024, 18:44
    • 196

Mirzə Mirzəyev Baş İdarə rəisi təyin edildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) yeni təyinat olub.

News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Mirzə Mirzəyev Vergi ödəyicilərinin qeydiyyatı və uçotu Baş İdarəsinə rəis təyin edilib.

Mirzə Mirzəyev bu vəzifədə Ələkbər Məmmədovu əvəz edib.

Qeyd edək ki, Mirzə Mirzəyev 2017-2018-ci illərdə Təhsil Nazirliyində Daxili auditin rəhbəri olub. O, sonuncu təyinatadək Dövlət Vergi Xidmətində Vergi auditi Baş İdarəsinin rəis müavini idi.