Bakıda yol qəzaları olub - FOTO
    • 3-04-2024, 09:31
    • 119

Bakıda yol qəzaları olub - FOTO

Bakıda yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbindən hərəkətin intensiv olduğu prospektdə sıxlıq yaranıb.

News24.az xəbər verir ki, bu barədə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Bundan başqa bu gün səhər saatlarında Nəsimi rayonu, Rəşid Behbudov ilə 28 May küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində kəsişmədə olan bir ədəd svetofor dirəyi yararsız vəziyyətə düşüb. Hazırda Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədirlər və svetoforun qısa zaman ərzində bərpa edilməsi məqsədilə işlər görülür.