Səhiyyə Nazirliyi tibb müəssisələrində vətəndaşların qəbuluna başlayır

Səhiyyə Nazirliyi tibb müəssisələrində vətəndaşların qəbuluna başlayır Sosial
Aprel ayının 29-u Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşların qəbuluna başlayır. 

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, qəbul zamanı səlahiyyətli nümayəndələr vətəndaşların problemlərini dinləyib, onları yerində həll edəcəklər.