Flora Kərimova uğursuz plastik əməliyyatından danışdı
    • 4-04-2024, 20:10
    • 936

Flora Kərimova uğursuz plastik əməliyyatından danışdı

Xalq artisti Flora Kərimova Real TV-də gözündə aparılan uğursuz əməliyyatından danışıb

News24.az xəbər verir ki, xalq artisti bu sözləri deyib: "Eynəkdə gəzirəm və bu, mənim üçün türmədir. Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Bu insan məni şikəst edib".

Qeyd edək ki, Flora Kərimova bir müddət əvvəl plastik cərrah və kök hüceyrə uzmanı Sevinc Heydərovanın onun gözlərini uğursuz əməliyyat etdiyini bildirərək məhkəməyə müraciət edəcəyini açıqlamışdı.//Teleqraf.com