Ən işlək hava limanı: gündə 1328 uçuş
    • 4-04-2024, 22:00
    • 352

Ən işlək hava limanı: gündə 1328 uçuş

Mülki Aviasiya Baş İdarəsi  “25-31 Mart 2024-cü il” dövrü üçün hava hərəkəti statistikasını paylaşıb.

News24.az xəbər verir ki, Türkiyə gündə orta hesabla 2 min 603 uçuşla Avropanın ən çox trafikə malik ölkələri arasında 6-cı sırada yer aldı.

Türkiyənin dünyaya açılan qapısı olan İstanbul Hava Limanı gündə orta hesabla 1328 uçuşla Avropanın ən işlək hava limanı oldu.

Türk Hava Yolları 1319 uçuşla qeyd olunan dövrdə ən çox uçuş həyata keçirən aviaşirkətlər arasında 3-cü yerdə qərarlaşıb.

Günel Məlikzadə