İrandan Azərbaycana narkotik keçirənlər SAXLANILDI
    • 5-04-2024, 12:17
    • 183

İrandan Azərbaycana narkotik keçirənlər SAXLANILDI

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

News24.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, aprel ayının 3-də saat 03:38-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 19 kiloqram 550 qram narkotik vasitə (19 kq marixuana, 550 qram tiryək) və 4370 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M - 40 həblərinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.