Formula 1-dən sonra Bakı yollarının VƏZİYYƏTİ
    • 29-04-2019, 12:43
    • 1 323

Formula 1-dən sonra Bakı yollarının VƏZİYYƏTİ

Formula 1 Azərbaycan SOCAR Qran-Prisi yarışı ilə əlaqədar bağlanan yolların aprelin 30-da açılacağı gözlənilir.

Bu barədə News24.az-a Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlama verib. Onun sözlərinə görə, yolların aprel ayının 30-u açılacağı gözlənilir: “Təşkilat Komitəsi tərəfindən məlumat verilən kimi dərhal yollar açılacaq, bütün istiqamətlər üzrə hərəkət bərpa olunacaq. Daha sonra hissə-hissə Bakı treki və yaxud Bakı halqası kimi tanınan trek üzrə qoyulmuş o betonlar da hərəkət iştirakçılarına maneə yaratmadan götürüləcək, hərəkət tam bərpa ediləcək”.  

Qeyd edək ki, Bakıda artıq 4 ildir ki, Formula 1 Azərbaycan Qran-Prisi yarışı təşkil olunur. Bu oyunla bağlı yollarda məhdudiyyət qoyulmasına aprel ayının 22-dən başlanılıb.