-
- 7-04-2024, 19:24
- 202
Goranboyda qadın qətlə yetirildi: Oğlu şübhəli bilinir
Goranboyda qadın qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Goranboy Polis Şöbəsinə rayonun Safıkürd kənd sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi ilə bağlı məlumat daxil olub.
Cinayəti törətməkdə A.Kazımovanın oğlu, 2005-ci il təvəllüdlü Şahin Əmrahov şübhəli bilinir. O, polisə könüllü təslim olub.
Faktla bağlı araşdırma aparılır.