Uğurlu bir lider olduğunuzu göstərən 6 əlamət
    • 9-04-2024, 21:45
    • 264

Uğurlu bir lider olduğunuzu göstərən 6 əlamət

Liderlik nədir? Liderlik sizin hadisələr və insanlar üzərində nə qədər təsirə malik olduğunuz və ondan nə qədər səmərəli istifadə edə biləcəyinizlə bağlıdır. Güclü lider təkcə ritorikası ilə deyil, həm də idarəetmə tərzi ilə seçilir. Bir qrupun üzvü olsanız belə, eyni məqsədə doğru hərəkət etmək üçün bəzi liderlik keyfiyyətlərinə sahib olmalısınız.

News24.az xəbər verir ki, uğurlu bir liderin sahib olmalı olduğu xüsusiyyətlər bunlardır...

  • Vizyon sahibi olmaq

Sizin gələcəyə baxışınız olmalıdır və bu baxış başqalarına ilham verməlidir.

  • Realist olmaq

Realist olan liderlər dürüstlüyü dəstəkləyirlər. Onların sözləri və hərəkətləri inam yaratmalıdır.

  • Maraqlı olmaq

O, ağıllı liderdir, açıq fikirli və maraqlanandır. Danışmaqdansa dinləməyi üstün tutur və bilik dalınca gedir.

  • Vicdan sahibi olmaq

Vicdanlı lider lazım gəldikdə məsuliyyəti öz üzərinə götürməkdən çəkinməz. Doğru ilə yanlışı ayırd etmək liderin sahib olmalı olduğu ən vacib keyfiyyətlərdən biridir.

  • Cəsarətli olmaq

Lider açıq şəkildə cəsarət nümayiş etdirə bildikdə, bu, onun maneələrə optimist baxışı olduğunu göstərir.

  • Təvazökar olun

Bütün bu xüsusiyyətlər arasında təvazökarlıq ən nadir xüsusiyyətlərdən biridir. Uğurlu lider öz səhvlərini necə qəbul etməyi və onlardan öyrənməyi bilməlidir.

Günel Məlikzadə