Rusiya qitələrarası ballistik raketi sınaqdan keçirdi
    • 13-04-2024, 09:05
    • 167

Rusiya qitələrarası ballistik raketi sınaqdan keçirdi

Rusiya Müdafiə Nazirliyi qitələrarası ballistik raketin sınaq məqsədi ilə buraxıldığını bildirib.

News24.az xəbər verir ki, Nazirlikdən verilən açıqlama belədir:

"Kapustin Yar poliqonunda sınaq məqsədi ilə qitələrarası ballistik raket uğurla buraxıldı. Bu, dövlətin raket sistemi sınaq proqramı çərçivəsində həyata keçirilib". 

Açıqlamada “sınağın məqsədinə nail olunduğu və Rusiya raketlərinin effektivliyini nümayiş etdirdiyi” əlavə edilib.

Günel Məlikzadə