Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanılıb
    • 1-05-2019, 10:29
    • 665

Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanılıb

2019-cu il aprel ayının 30-dan mayın 1-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.
   
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılıb.  

Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.