Nazir omanlı həmkarı ilə görüşdü
    • 15-04-2024, 16:39
    • 282

Nazir omanlı həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana səfəri çərçivəsində Oman Sultanlığının xarici işlər naziri Bədr Əlbusaidi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən News24.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Oman arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və iqtisadi-ticarət, energetika, turizm, su ehtiyatlarının idarə olunması, səhiyyə və digər sahələr üzrə əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

Ölkələrimiz arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Bununla yanaşı, Omanda səfirliyimizin təsis edilməsi qərarının münasitlərə əlavə təkan verəcəyi vurğulanıb.

Azərbaycan ilə Oman arasında beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan uğurlu əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib.

Azərbaycanın bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi və bu çərçivədə ölkəmizlə Oman arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.

Görüşdə, həmçinin digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.