-
- 15-04-2024, 19:21
- 289
Seçki mübahisəsi qanla bitdi - AKP-nin namizədi güllələndi
Türkiyənin Qırıqqala rayonunda AK Partiya Balışeyh qəsəbə başçısı Adem Irmak, seçkilərdə səsvermə səbəbiylə yaranan davada muxtar namizədi Ş.İ tərəfindən tüfənglə vurulub.
News24.az Publika.az-a istinadla xəbər verir ki, qəsəbə mərkəzindəki bir kafedə Adem Irmak 31 mart seçkilərində muxtar namizədi olan qohumu Ş.İ. ilə görüşüb.
İki nəfər arasında səsvermə mübahisəsi yaranıb. Ş.İ.-nin tüfənglə atəş açması nəticəsində İrmak ayağından xəsarət alıb. Əraziyə təcili yardım və polis qrupları cəlb edilib.
Şübhəli şəxs nəzarətə götürülüb, Irmak isə xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.