Bakıda 123 saylı məktəb direktoru İŞDƏN ÇIXARILDI
    • 1-05-2019, 11:32
    • 2 531

Bakıda 123 saylı məktəb direktoru İŞDƏN ÇIXARILDI

Təhsil Nazirliyinin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakı şəhəri 123 nömrəli tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad edilib. 

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.