-
- 16-04-2024, 09:55
- 17 685
"Hind peyğəmbəri"nin proqnozları özünü doğrultmağa başladı - O nə demişdi?
Hindistanlı astroloq Abiqya Anand ötən ilin sonunda bir sıra təbii fəlakətlər barədə xəbərdarlıq edib.
News24.az Lent.az-a istinadən xəbər verir ki, Yaponiya və Tayvanda baş verən son zəlzələlər onun proqnozlarını təsdiqləyir.
Hindistanlı astroloq Abiqya Anand 2024-cü il üçün nə proqnozlaşdırdı?
Keçən ilin dekabrında Anand güclü zəlzələlərin olacağı barədə xəbərdarlıq etmişdi: "Çox güman ki, bu, 2024-cü ilin aprelindən əvvəlində fəlakətlər baş verəcək”, - deyə proqnozlaşdırıcı bildirib.
Onun sözlərinə görə, çətin dövr 2024-cü ilin may ayına kimi başa çatacaq: "Düşünmürəm ki, apreldən sonra hər hansı fəlakət baş versin”, - astroloq qeyd edib.
O, həmçinin 2024-2025-ci illərdə qlobal suyun çirklənməsini proqnozlaşdırıb.