Ermənistanın naziri Səudiyyə Ərəbistanına gedir
    • 16-04-2024, 18:02
    • 200

Ermənistanın naziri Səudiyyə Ərəbistanına gedir

Aprelin 17-18-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Mirzoyan Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Faysal Bin Fərhan Əl Səud ilə görüşəcək.

Qeyd edək ki, 2023-cü ilin noyabrında iki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri bu, Ermənistandan Səudiyyə Ərəbistanına ilk səfərdir.

Mehriban Mirzəzadə