Xristianlıq yox ola bilər - RUSİYA VƏ AVROPA ZƏRBƏ ALTINDA
    • 1-05-2019, 14:01
    • 2 236

Xristianlıq yox ola bilər - RUSİYA VƏ AVROPA ZƏRBƏ ALTINDA

Alimlər 2016-cı ilədək dünyanın dini şəklinin dəyişəcəyi ilə bağlı proqnozlar verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb isə Avropadakı demoqrafik dəyişim və bir sıra amillərdir. İlbəil Avropada bağlanan kilsələrin sayı artmaqdadır. Statistika isə bir müddətdir "Avropa kontentinin islamlaşdırılması" mövzusunun aktual olduğunu göstərir və təsdiq edir. "Pew" sosial mərkəzinin bununla bağlı verdiyi məlumatlar xristianlar üçün heç də ürəkaçan deyil. Dəyişim dinamikasının təhlili zamanı 2060-cı ilədək yəni, gələcək nəsildə xristianların sayının 34 faiz, müsəlmanların isə 70 faiz artacağı bəlli olub. 

Avropada ən böyük xristian ölkə olan Rusiya 40 il sonra öz yerini itirəcək. Hazırda Rusiyada yaşayanların 75 faizi xristiandır. Bu isə sözügedən dinə inanların dünya üzrə 4,5 faizini təşkil edir. Xristianların sayının azalması Rusiya ilə yanaşı həm də Kitay və Almaniyada baş verəcək. 

Eskpertlərin sözünə görə, dünyada lider din İslam olacaq. Bu prosesi sürətləndirən isə Yaxın Şərq ölkələri deyil, Hindistan və ABŞ olacaq.