57 nəfər narkotik alverçisi saxlanıldı
    • 17-04-2024, 17:47
    • 278

57 nəfər narkotik alverçisi saxlanıldı

Türkiyədə 58 ünvanda narkotik satıcılarına qarşı eyni vaxtda əməliyyat keçirib.

News24.az xəbər verir ki, 240 personalın iştirak etdiyi "Narkoçelik" adlı əməliyyata polis helikopterləri, pilotsuz uçuş aparatları və narkotik detektoru itləri dəstək verib.

Aparılan axtarışlar zamanı 1 kilo 660 qram sintetik narkotik vasitə, 328 ədəd narkotik həb, 602 qram marixuana, 1 ədəd sənədsiz silah, 58 ədəd patron və xeyli sayda rəqəmsal material götürülüb.

Qeyd edək ki, əməliyyat zamanı saxlanılan 57 şübhəlidən 27-si polis bölməsində ifadələri alındıqdan sonra sərbəst buraxılıb, onlardan 30-nun işi hələ də polisdə davam etdirilir.

Günel Məlikzadə