"Allahın mənə yazığı gəldi" - Çingiz Abdullayev
    • 17-04-2024, 23:42
    • 301

"Allahın mənə yazığı gəldi" - Çingiz Abdullayev


"Mən öldüm. Xeyr. Bu mənim hekayəmmin nəsr xülsasəi deyil. Başıma gələnlərdir. 6 aprel gecəsi və 7 aprel yubileyim ərəfəsində mən yenidən doğulmuşam". 

News24.az "Unikal"a istinadla xəbər verir ki bu sözləri bu gün xəstəxanadan evə buraxılan Xalq yazıçısı Çingiz Abdullayev deyib. 

"Bütün daxili orqanlar eyni vaxtda fəaliyyətini dayandırdıqda tənəffüs və ürək dayanır. Bir neçə dəqiqəlik belə koma və ya klinik ölüm insanı “tərəvəz”ə çevirir. Həkimlər məni o biri dünyadan qaytardı. Allahın mənə yazığı gəldi. Ola bilsin ki, mənim üçün hələ tez olduğuna qərar verdi. Yenidən geri qaytardı.

Bu bir neçə gündə yaxınlarıma və ailəmə çəkdirdyim ağrıları təsəvvür etmək qorxuncdur. Hər kəsə təşəkkür etmək istəyirəm!

Prezidentimə, bütün dostlarıma, tanışlarıma, oxucularıma və ümumiyyətlə mənə yad insanlara...

Bu günlərdə kimlər mənə görə narahat oldusa, onların hamısına təşəkkür edirəm! Mən sizin etimadınızı doğrultmağa çalışacağam.

Mən artıq orada olmuşam. İndi heç qorxmuram. Bir dəfə ölən ikinci dəfə ölməkdən qorxmaz. Ancaq tələsməyin. Yəqin ki, hər birimizin öz vaxtı var. Bu gün xəstəxanadan çıxdım. Hər şey üçün təşəkkür edirəm!", - deyə Ç.Abdullayev qeyd edib.