“Heç kimin bacarmadığını etmişəm”
    • 18-04-2024, 19:06
    • 271

“Heç kimin bacarmadığını etmişəm”

"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək".

News24.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin açıqlamasında deyib.

İfaçı həbsxanadakı evliliyindən söz salıb:

"Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsmi nikahla ailə həyatı qurmuşam. Harada? Bu, artıq ikinci sualdır. Heç kimin bacarmadığı addımları atmışam. Peşman da deyiləm. Evliliyim aşağı-yuxarı 1 il 3 ay sürdü. İndiki düşüncədə olsaydım, yenə də eynisini edərdim".