-
- 18-04-2024, 21:24
- 1 229
Məktəbin həyətində tanışını döyən şəxslə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İlkin Mehrabovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
News24.az Pravda.az-a istinadla bildirir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 25 iyun 2022-ci il tarixdə, saat 12 radələrində Ysamal rayonu ərazisində yerləşən 286 saylı tam orta məktəbin həyətində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü İlkin Mehrabov tanışı, zərərçəkmiş Elvin İsmayılov bir gün əvvəl ona verdiyi mobil telefonu geri qaytarmasını tələb edib. O, həmin telefonu lombarda girov qoyaraq pul götürdüyünü və birlikdə gedib girovdan çıxararaq ona verəcəyini bildirib. Sonra İlkin məktəbin həyətindəki futbol meydançası tərəfdə olarkən zərərçəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlədib. Bu zaman o, bıçağın dəstəyi ilə Elvinin sol gözaltı nahiyəsinə bir dəfə qəsdən vuraraq xuliqanlıq hərəkətləri edib.
Hadisədən sonra İlkin Mehrabov cinayət məsuliyyətinə cəlb edilib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 8 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.