“Müdafiə və Havaçılık sahəsində” tədbir keçirildi - FOTO
    • 19-04-2024, 11:38
    • 92

“Müdafiə və Havaçılık sahəsində” tədbir keçirildi - FOTO

Ankara şəhərində altıncı dəfə keçirilən tədbirdə Türkiyənin 300-ə yaxın şirkətinin iştirakı ilə yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər güc strukturlarının nümayəndələri də qatılıb.

News24.az bildirir ki, tədbirin açılış mərasimində təşkilatçılarla yanaşı Türkiyənin Müdafiə Sənayesi Naziri iştirak və çıxış ediblər. “ICDDA 2024”-də mülki aviasiya, quru, dəniz, hava sistemləri və daxili təhlükəsizlik sahələrində təcrübəli ekspertlərin moderatorluğu ilə bir sıra panel müzakirələr təşkil edilib.

Tədbir müzakirələr, təcrübə mübadiləsi və sərgi ilə işini davam etdirir.