WhatsApp messenceri silindi – SƏRT TƏLƏB
    • 19-04-2024, 20:40
    • 155

WhatsApp messenceri silindi – SƏRT TƏLƏB

“Apple şirkəti WhatsApp messencerini Çin Tətbiq Mağazasından silib”.

News24.az konkret.az-a istinadla xəbər verir ki, bu barədə ekspert Nikolay Vavilov öz Telegram kanalında məlumat verib.

Ekspertin sözlərinə görə, Çin hakimiyyətinin tələbi ilə “Apple” şirkəti “WhatsApp” messencerini və “Threads” mikrobloqlar xidmətini Çin App Store mağazasından yığışdırıb.

Şirkətdən verilən məlumata görə, Çin Xalq Respublikasının Dövlət İnternet İnformasiya İdarəsi milli təhlükəsizlik baxımından bu xidmətlərin ləğvini tələb edib.