-
- 19-04-2024, 18:55
- 538
Sevinən xalqın SEVİLƏN PREZİDENTİ - Cənab İlham Əliyev
Qazaxın 4 kəndi geri qaytarılır. İtki vermədən, güllə atmadan. Bu tariximizdə yaşanan ilk hadisədir? Xeyr.
Müzəffər Ali Baş Komandan, Zati-aliləri Cənab İlham Əliyev Kəlbəcəri də, Ağdamı da, Laçını da, Xankəndini siyasi yolla geri qaytardı.
İndi Xankəndi qaldı deyənlərin səsi çıxmır. Xankəndidəyik çünki.
Laçın dəhlizi deyənlərin harayı kəsildi hayların nəfəsi kəsilən kimi. Rədd oldu dəhliz söhbəti.
Rus sülhməramlıları getməyəcək deyənlər nə baş verdi? Qurudu boğazınız, tutuldu gözünüz? Getdilər axı.
Güclü Azərbaycan görürük regionda. Müdrik lideri, başı uca xalqı, qüdrətli ordusu olan, sabitliyin hökm sürdüyü bir Azərbaycan.
Dünyaya meydan oxuyan dövlətlərə siyasi, iqtisadi, hərbi dərs verir Cənab Prezident.
Bəli ard-arda xoş xəbərlər eşidən, torpaqları azad olan, əldə edilən uğurlara sevinən xalqın Sevilən Prezidenti var.
Bu qələbə Azərbaycanın bayrağını ucalarda dalğalandıran müdrik siyasətin qalibiyyətdir.
Dahi Hüseyn Cavidin misraları yada düşür.
Kəssə hər kim tökülən qan izini
Dünyaya nümunə olan DAHİ Bizim Prezidentimizdir. Azərbaycanı məhv olmaqdan xilas edən Ümummilli Lider Heydər Əliyevin oğlu Prezident İlham Əliyev.
Qan tökmədən torpaqları azad edən, sülhü bərqərar edən yer üzünün Dahisi-Prezident İlham Əliyev.
Qalibiyyətiniz mübarək Cənab Prezident.
Tural Müseyibov
Baş Redaktor