Şolts: "Ukraynadakı müharibə daha bir neçə il davam edə bilər"
    • 20-04-2024, 12:22
    • 326

Şolts: "Ukraynadakı müharibə daha bir neçə il davam edə bilər"


Almaniya kansleri Olaf Şolts hesab edir ki, Ukraynadakı münaqişə daha bir neçə il uzana bilər.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

Şoltsun fikrincə, heç kim münaqişənin beş il davam edib-etməyəcəyini deyə bilməz.

Kansler Kiyevə dəstəyini bir daha ifadə edib.

Eyni zamanda kansler diplomatik səylərin vacibliyini vurğulayıb.