Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
    • 20-04-2024, 21:24
    • 585

Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü


Hindistanda bir kişi qisas məqsədi ilə bir yaş yarımlıq qızı qaçıraraq vəhşicəsinə qətlə yetirib. Qatil sevgilisinin qızın atası ilə onu aldatdığından şübhələnib.

News24.az Lent.az-a istinadən xəbər verir ki, ana qızı özü ilə yatızdırsa da, ayılanda uşağı tapmayıb. Ertəsi gün körpənin meyiti çoxsaylı xəsarətlərlə şəhərətrafı ərazidə tapılıb.

Şübhəlinin ailə qohumu olduğu üzə çıxıb. Məlum olub ki, arvadı onu bir neçə gün əvvəl tərk edib və o, körpənin atası ilə böyük mübahisə edib. Kişi düşünüb ki, arvad onu keçmiş əri ilə aldadır. Buna görə də qisas almaq və sevgilisi olduğu iddia edilən qadının qızını qaçırmaq qərarına gəlib.