Həsənağa Sadıqov ölməyib - AÇIQLAMA
    • 1-08-2018, 15:21
    • 3 514

Həsənağa Sadıqov ölməyib - AÇIQLAMA

Bir neçə saat öncə dünyasını dəyişdiyi deyilən əməkdar artist Həsənağa Sadıqovdan yeni xəbər var. 

Belə ki, aparıcı-xeyriyyəçi Hacı Nuranın sosial şəbəkədə əməkdar artistin vəfatı ilə bağlı yazdığı statusdan sonra, musiqiçinin oğlu Elşən Sadıqov 
onunıa əlaqə saxlayaraq atasının ölmədiyini bildirib. 

Məhz bundan sonra Hacı Nuran sözügedən məlumatda dəyişiklik edərək: "İndi oğlu Elşəndən aldığım son məlumata görə Həsənağa müəllimin nəfəsi qayıdıb, gedib-gəlir, can üstündədir" sözlərini yazıb. 

Teymur Məmmədov