İlham Əliyev Rusiyada işgüzar səfərdədir
    • 22-04-2024, 12:42
    • 108

İlham Əliyev Rusiyada işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib.

News24.az AZƏRTAC-a istinadən bildirir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşıladılar.