İsrail İordan çayının qərbinə basqın etdi
    • 23-04-2024, 15:53
    • 274

İsrail İordan çayının qərbinə basqın etdi

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərin məskunlaşdığı əraziyə basqını zamanı 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Yerixo şəhərinə və yaxınlıqdakı bir çox bölgəyə, o cümlədən Aqaba Cabir, Ayn əs-Sultan və Duyuk əl-Favkaya basqın edib.

News24.az xəbər verir ki, basqınlar zamanı Yerixoda üç uşaq atası olan 44 yaşlı Şadi İsa Celaytanın İsrail qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib. 2 nəfərin yaralandığı, 1 nəfərin isə sinəsindən yaralandığı bildirilib.

Qeyd edək ki, İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail əsgərləri və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 486 fələstinli həyatını itirib.

Günel Məlikzadə