Azərbaycanda 45 yaşlı kişi 23 yaşlı qızı qaçırdı - FOTO
    • 23-04-2024, 16:10
    • 259

Azərbaycanda 45 yaşlı kişi 23 yaşlı qızı qaçırdı - FOTO

Bərdə rayonunda 23 yaşlı qız zorla qaçırılıb.

News24.az Metbuat.az-a istinadla bildirir ki, hadisə rayonun Uğurbəyli kəndində baş verib. Kənd sakini 2001-ci il təvəllüdlü S. Abdullayeva küçədə bir neçə nəfər tərəfindən oğurlanaraq qaçırılıb. Qızın ailəsi onun kənd sakini 1979-cu il təvəllüdlü Fərhad Rzayev tərəfindən qaçırıldığını iddia edir. S. Abdullayevanın valideynləri hadisə barəsində rayon polis şöbəsinə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, aprel ayının 22-də Bərdə rayonunda 2001-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Hazırda müraciət əsasında polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.