15 gündə qarın piyini əridən İÇKİ
    • 24-04-2024, 09:41
    • 5 156

15 gündə qarın piyini əridən İÇKİ

Yaz aylarında bir çox insan qarın piylərindən xilas olmağa çalışır. Qarın piyi hətta normal çəkidə olan insanlarda belə yarana bilir. Bu piylərdən qısa müddətdə xilas olmaq elə də asan deyil. Ona görə də idman və sağlam qidalanma ilə yanaşı əlavə vasitələrlə prosesi dəstəkləmək önəmlidir.

News24.az Medicina.az-a istinadən xəbər verir ki, acqarına içilən bəzi xüsusi sular qarın yağını əritməyə kömək edir.

Bu cür sular bağırsaq sağlamlığını tənzimləyir, həzm sistemini aktivləşdirir.

Belə xüsusi reseptlə hazırlanan ən təsirli içkilərdən biri də zirə toxumu suyudur. Bağırsaqları aktivləşdirən zirə daha yaxşı bir həzm sisteminə sahib olmanıza imkan verir və maddələr mübadiləsinin sürətlənməsinə səbəb olur.

Zirə toxumu, həmçinin həzm fermentlərinə stimullaşdırıcı təsir göstərir və şişkinliyi azaldır. Səhərlər acqarına zirə suyu içmək bir çox sağlamlıq problemlərinə yaxşı təsir göstərə bilər.

Gecə 2 xörək qaşığı zirə toxumunu bir stəkan suya əlavə edib qarışdırın. Toxumlar şişəcək və suya sarımtıl rəng verəcək. İstəsəniz, suya limon da əlavə edə bilərsiniz.

Zirə toxumunu qaynadıb çay kimi içməyi də seçə bilərsiniz. Hər iki halda içki səhərlər acqarına içilməlidir.

Bunu 15 gün ərzində təkrarlasanız, inanılmaz effektini hiss edəcəksiniz.