Elinanın oxuduğu məktəbdə "Məktəblinin dostları" fəaliyyətə başlayıb
    • 2-05-2019, 16:42
    • 1 469

Elinanın oxuduğu məktəbdə "Məktəblinin dostları" fəaliyyətə başlayıb

Bakının 162 saylı orta məktəb şagirdi Elina Hacıyevanın özünü məktəb pəncərəsindən atmasından sonra həmin təhsil müəssisəsində də “Məktəblinin dostu” layihəsinin iştirakçıları fəaliyyət göstərməyə başlayıblar.

News24-az-ın “Trend”ə istinadla verdiyi xəbərə görə, bunu “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev layihənin hesabat tədbirində çıxış edən zaman deyib.

O bildirib: "Elinanın intiharına qədər o məktəbdə məktəblinin dostları yox idi. Amma o hadisədən təxminən 10 gün sonra həmin məktəbdə də məktəblinin dostları fəaliyyətə başlayıb".

R.Ağayev məktəblinin dostlarının məktəb rəhbərliyinə tabe olmadıqlarını da söyləyib.

Onun sözlərinə görə, layihə yeni fəaliyyətə başlayanda bəzi məktəblərin tualetlərində şagirdlərin siqaret çəkməsi tez-tez müşahidə olunurdu. Lakin iştirakçıların müdaxiləsindən sonra layihənin cəlb olunduğu məktəblərin şagirdlərinin siqaret çəkməsi halları aradan qaldırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib ki, "Məktəblinin dostları" layihəsi yeni fəaliyyətə başlayanda məktəb direktorları narahatlıq keçirirdilər: "Çünki məktəbdə nə baş verirsə, bizim xəbərimiz olacaqdı. Hər günün sonunda bizə onların fəaliyyəti barədə hesabat daxil olur".