-
- 2-05-2019, 18:04
- 782
Ramil Usubov monteneqrolu həmkarı ilə görüşüb
Mayın 2-də Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə işgüzar səfərdə olan Monteneqronun daxili işlər naziri Mevludin Nuhodjiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir dövlət başçılarımızın, habelə yüksək səviyyəli nümayəndə heyətlərinin, eləcə də vətəndaşlarımızın qarşılıqlı səfər və ziyarətlərinin Azərbaycanla Monteneqro arasında olan sıx əməkdaşlığın və qarşılıqlı etimadın daha da genişləndirilməsinə təkan verdiyini məmnunluqla qeyd edib.
Sonra nazir DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, daxili işlər orqanlarında həyata keçirilən islahatlar, insan hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində görülən işlər barədə həmkarına qısa məlumat verib.
Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Monteneqronun Daxili İşlər naziri Mevludin Nuhodjiç dövlətlərimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə inkişaf etməsindən, Azərbaycanda yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, onun paytaxtının dünyanın ən təhlükəsiz dövlətlərindən və şəhərlərindən biri olmasından, burada həyata keçirilən geniş quruculuq işlərindən məmnunluğunu ifadə edib, yaxın dost və tərəfdaş saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.