
-
- 25-04-2024, 16:30
- 253
İsrail ordusundan ŞOK ƏMƏLİYYAT - MƏHV EDİLDİ
İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı daha bir neçə yeraltı tunel aşkar edərək məhv ediblər. Onların fikrincə, bu tunellərdən fələstinli radikallar istifadə ediblər.
News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə İDF-in mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, ümumilikdə, ordu bu dəfə anklavın mərkəzi hissəsində 20 km-dən çox tuneli dağıdıb.
Mətbuat xidmətindən bildirilib ki, bu yeraltı kommunikasiyalar anklavın şimal və cənub hissələrini birləşdirib.