Hərbi helikopter qəzaya uğradı: 8 nəfər öldü
    • 27-04-2024, 11:31
    • 528

Hərbi helikopter qəzaya uğradı: 8 nəfər öldü

Cənubi Amerika ölkəsi Ekvadorda hərbi helikopter qəzaya uğrayıb.

News24.az xəbər verir ki, Ekvador ordusundan verilən açıqlamada Amazon meşələrində qəzaya uğrayan helikopterdə olan 5 əsgər və 3 mülki vətəndaşın həyatını itirdiyi bildirilib.

Qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Açıqlamada, helikopter qəzasında həyatını itirənlərin Ekvador Hökumətinin Risklərin İdarə Edilməsi Katibliyinə (SGR) bağlı bir qrup olduğu, Amazon əyalətinin Pastaza şəhərində daşqından zərər çəkənlərə kömək etmək üçün vəzifə yerinə yetirdikləri bildirilib. 

Qeyd edək ki, Ekvador prezidenti Daniel Noboa sosial media hesabından verdiyi açıqlamada qəzadan "dərin kədərləndiyini" bildirib.

Günel Məlikzadə