-
- 27-04-2024, 16:30
- 338
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
Rusiyanın Sankt-Peterburq şəhərində ana kortəbii müalicə ilə oğlunu öldürüb.
News24.az Lent.az-a istinadla bildirir ki, 38 yaşlı ana 15 yaşlı oğlunu müstəqil şəkildə dərmanlarla müalicə edib. Məktəbli əvvəlcə komaya düşüb, sonra isə tibb müəssisəsində dünyasını dəyişib.
Şagird aprelin 26-da xəstəxanaya aparılıb. Həkimlər ona posthemorragik anemiya, mədə-bağırsaq qanaxması və infeksion-toksik şok diaqnozu qoyublar. Həkimlər yeniyetmənin həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər.
İlkin ambulator qan analizi yeniyetmədə qan azlığı olduğunu göstərib. Ana bundan sonra həkimə müraciət etməyib və özü oğlunu müalicə etməyə başlayıb. Ona hemoqlobini artırmaq üçün həblər, həmçinin venadaxili dəmir preparatları verib.
Bundan sonra yeniyetmədə immun xəstəlik səbəbindən mədə iltihabı başlayıb.