-
- 1-08-2018, 17:15
- 1 426
“Qotti kodeksi” təqdim olundu - FOTOLAR
“Gənclik” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında məşhur italiyalı kriminal avtoritet Con Qottinin bioqrafiyası əsasında ABŞ istehsalı olan “Qotti kodeksi” qanqster dram filminin nümayişi keçirilib. Film Qotti ailəsinə və onların ölümcül təhlükə, satqınlıq və günahın bağışlanması hömkranlıq edən aləmlərinə daxildən baxmaq üçün ilk ciddi kino cəhdidir.
“Qotti kodeksi” filmi 2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilinə dublyaj olunaraq hazırlanıb.
“Cinemazadeh” dublyaj studiyasının direktoru Cəfər Axundzadə filmdən öncə dublyaj prosesində iştirak edən aktyorlara və yaradıcı heyətə minnətdarlığını bildirib.
Filmi Azərbaycan dilində Vüsal Hacıqədir, Kazım Abdullayev, Vüsal Məmmədov, Cəlal Məmmədov, Vüsal Murtuzəliyev, Rövşən Məmmədov, Səid Məmmədov, Nəzakət Şahbazi, Zemfira Əbdülsəmədova, Ramil Zeynalov, Raksana Vəliyeva, Elçin Muradov, Vüqar Hüseynov, Adəm Əliyaroğlu, Səid Məmmədli səsləndiriblər.
Dublyajın redaktoru Vüqar Hüseynov, rejissoru Rövşən Məmmədli, səs rejissoru Natiq Şəkərəliyev, ses operatoru Vüsal Əbdülhəsənov, post prodakşn supervayzeri Vüqar İslamzadə, icraçı prodüseri Emil Davudzadə, baş prodüseri Cəfər Axundzadə.
Ekran əsərin rejissoru Kevin Konnollidir. Baş rolları John Travolta, Spencer Rocco Lofranco və Kelly Preston ifa edirlər.
Filmin süjet xəttinə görə, Con Qotti öz krimanal karyerasına ən sadə tapşırıqlarla başlayır və kriminal aləmin ən nüfuzlu şəxsinə, Amerikanın xaç atasına çevrilir. Onun klanı Nyu-Yorkun ən varlı klanlarından hesab olunur: maddi rifah və hakimiyyət onlar üçün bütün mənəvi dəyərlərdən üstün sayılır. Amma bir gün Qotti bu işi öz varisinə - oğluna ötürərkən rədd cavabı alır – oğlu kriminal aləmə baş qoşmaq istəmir. Bəs görəsən Qambino klanını məhv olma təhlükəsi gözlədiyi halda o, necə davranacaq?