“Çukur”un davamından yeni xəbər - VİDEO
    • 3-05-2019, 17:32
    • 1 342

“Çukur”un davamından yeni xəbər - VİDEO

Dizilər sıralamasına liderlik edən və hər bazar seyrçiləri ekran qarşısına kilidləyən "Çukur"-un final bölümünə dörd həftə qalıb.

Qeyd edək ki, filmin son-final bölümü mayın 27-də İstanbul Lütfi Kırdar Konqres Mərkəzində minlərlə tamaşaçının iştirakı ilə baş tutacaq.
News24-ün Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, möhtəşəm final gecəsinə Toygar Işıklı, Kubilay Aka, Reddən Zeynep, Bakşi Karatağa və bir çox tanınmışlar qatılacaq.

Tədbir "Çukur"un aktyorları, dizinin dillər əzbəri olan mahnısını oxumaqla başlayacaqlar.
Onu da deyək ki, artıq sosial şəbəkələrdə məşhur dizinin davamının olub-olmaması haqda sorğu keçirilməyə başlanılıb. 
Sözügedən qala gecəsinə qatılanlar da həmin sorğuda iştirak edəcəklər.
Tədbirin biletlərindən yığılan maddi vəsait xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə xərclənəcək.