MTN-in tutduğu narkobaron həbsdə öldü
    • 1-05-2024, 11:26
    • 200

MTN-in tutduğu narkobaron həbsdə öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Quliyev İmran Ələkbər dünyasını dəyişib.   

Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, İmran Quliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən 2011-ci ildə keçirilən əməliyyat nəticəsində həbs edilib.

Azərbaycanda narkobaron kimi tanınan İ.Quliyev transmilli mütəşəkkil cinayətkar dəstənin tərkibində ölkəyə külli miqdarda narkotik gətiribmiş.