"Xaç atası" əfsanəsindən yeni film
    • 1-05-2024, 13:34
    • 211

"Xaç atası" əfsanəsindən yeni film

"Xaç atası" filmi və "Şimdi Apokalipsis" kimi istehsalları ilə kino tarixinin əfsanəvi adlarından birinə çevrilən Frensis Ford Koppolanın çəkilişləri 120 milyon dollara başa gələn "Meqapolis" filmi maraqla gözlənilir. 


News24.az xəbər verir ki, Adam Driver, Forest Whitaker, Nathalie Emmanuel, Jon Voight, Laurence Fishburne, Aubrey Plaza, Shia LaBeouf, Chloe Fineman, Kathryn Hunter və Dastin Hoffmanın rol aldığı "Meqalopolis" filmindən ilk kadr paylaşılıb.

Meqapolisdən ilk kadr:


Rejissor filmi haqqında "Bircə onu deyə bilərəm ki, aktyorları sevirəm. Film qeyri-adi və darıxdırıcı deyil. Bundan başqa, gözləyin və baxın" deyib.

Qeyd edək ki, dünya premyerasını Kann Film Festivalında edəcək filmin müddəti 135 dəqiqə olaraq açıqlanıb.

“Meqapolis” filmi dağıdıcı fəlakətdən sonra Nyu-Yorku utopiya kimi yenidən qurmaq istəyən bir memarın hekayəsindən bəhs edir.


Günel Məlikzadə