SEL FƏLAKƏTİ: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb
    • 2-05-2024, 09:18
    • 537

SEL FƏLAKƏTİ: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb

Braziliyanın Rio Qrande-du-Sul əyalətində güclü yağışlar daşqınlara səbəb olub.

News24.az xəbər verir ki, Mülki Müdafiədən verilən açıqlamada, daşqınlarda indiyədək 10 nəfərin həyatını itirdiyi, itkin düşən 21 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Açıqlamada 1400 nəfərin evləri su basması səbəbindən yaşayış yerini tərk etmək məcburiyyətində qaldığı, bölgəyə gücləndirmə dəstələrinin göndərildiyi bildirilib.

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın tapşırığına əsasən daşqından zərər çəkmiş rayonlara humanitar yardım ləvazimatları göndərilib.

Əyalət qubernatoru Eduardo Leite sosial media hesabından verdiyi açıqlamada bölgədə leysan yağışların davam edəcəyini bildirib və vətəndaşlardan diqqətli olmalarını istəyib.

Güclü yağışlar nəticəsində körpülərin dağıldığı, evlərində qapalı qalan insanların damlarda kömək gözlədiyi görülüb.

Ştat qubernatoru Eduardo Leite açıqlamasında həyatını itirənlərin ailələrinə başsağlığı verib və hökumətin itkin düşənlərin yerinin müəyyən edilməsi və risk altında olan ərazilərdə təhlükəsizliyin təmin edilməsi üçün çalışdığını bildirib.

Günel Məlikzadə