Bakıda ağır qəza- üç yaralı - VİDEO
    • 4-05-2019, 11:41
    • 837

Bakıda ağır qəza- üç yaralı - VİDEO

Bakının Səbail rayonunda ağır yol qəzası baş verib.

News24.az "Report"-a istinadla xəbər verir ki, Bayıl qəsəbəsində iki minik maşınının toqquşması nəticəsində ad günündən qayıdan bir ailənin 3 üzvü
xəsarət alıb.

Məlumata görə, "90-CF-723" dövlət qeydiyyat nişanlı avtomobildə olan 1979-cü il təvəllüdlü Muradov Şahin və 2009-cu il təvəllüdlü Muradov Məhəmməd qapalı kəllə-beyin travması, 2007-ci il təvəllüdlü Muradlı Zöhrə isə qarının küt travması diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Z.Muradlının vəziyyətinin ağır olduğu bildirilir.