Aşıqların qalmaqalı davam edir...
    • 2-05-2024, 13:57
    • 191

Aşıqların qalmaqalı davam edir...

Qalmaqal yaşayan aşıqlar Telli Borçalı və Zülfiyyə İbadova üz-üzə gəlib.

News24.az OLAY-a istinadla yazır ki, onları “Rəngarəng səhər” proqramında üzləşdiriblər. Yenidən incikliyini dilə gətirən T. Borçalı bildirib ki, o, Zülfiyyəyə qarşı etibarsızlıq etməyib:

“Bir var olan şeyi danışmaq, bir də var olnayanı. Mən sənə qarşı nə etibarsızlıq etmişəm? Hara çağırıbsan, gəlməmişəm?”. Z. İbadova isə ona bu cavabı verib:

“Telli xanım həyat yoldaşıma deyib ki, arvadına denən ağzını mumlasın, danışa bilmir,  danışmasın. O da baxdı dedi ki, burada nə var? “Başından yekə yalan danışıb” ifadəsi etibarsız sözündən daha ağır deyilmi? Kaş, mənə etibarsız deyərdin. Mənə sual verildi ki, sazı Samirəyə etibar edərsən, ya Telliyə. Onun axşamı da Telli ilə birgəydik. Mən də aramızdakı zarafata görə dedim, Samirəyə. Zarafat etdim”.