21 ildən sonra Eurovision səhnəsində - FOTO
    • 2-05-2024, 14:03
    • 203

21 ildən sonra Eurovision səhnəsində - FOTO

2024 Avroviziya Mahnı Müsabiqəsi üçün geri sayım başlayıb. 

News24.az xəbər verir ki, Malmö Arenada keçiriləcək yarış 7 may və 9 may 2024-cü il tarixlərində iki yarımfinalda olacaq. 11 may 2024-cü ildə Eurovision Mahnı Müsabiqəsinin qalibi elan olunacaq.

Müsabiqə 1992 və 2013-cü illərdən sonra üçüncü dəfə Malmödə keçiriləcək. Digər tərəfdən, sonuncu dəfə 2016-cı ildə İsveçin paytaxtı Stokholmda təşkil edilən yarışa yeddinci dəfə İsveç ev sahibliyi edəcək.

Xatırladaq ki, İsveçli Lorin "Tattoo" mahnısı ilə 2023 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub.

Qeyd edək ki, Əvvəlki illərdə “Eurovision”da ölkələrinə birinci yeri gətirən adlar yarımfinalda oxuyacaq.

Mayın 7-də keçiriləcək ilk yarımfinalın qonağı İsveçin məşhur pop ulduzu Benjamin İnqrosso olacaq.

Mayın 9-u axşam isə Sertab Erener ona 21 il öncə birincilik qazandıran "Everyway That I Can" mahnısını ifa edəcək.

Günel Məlikzadə