SON DƏQİQƏ: Nəzmiyyə Məhərrəmova vəhşicəsinə ÖLDÜRÜLDÜ
    • 2-05-2024, 15:49
    • 4 083

SON DƏQİQƏ: Nəzmiyyə Məhərrəmova vəhşicəsinə ÖLDÜRÜLDÜ

Mayın 2-də saat 15 radələrində Ağcabədi rayonunun Sarıcalı kəndi ərazisində 33 yaşlı Məhərrəmova Nəzmiyyə Vitalif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qaynı 32 yaşlı Məhərrəmov Elgiz Sərhad oğlu saxlanılıb.